Brendlər

          

Bu gün Hill's Pet Nutrition kampaniyası hələ 1939-cu ildə məşhur veterinar həkimin fəaliyyəti sayəsində formalaşan ev heyvanlarına qayğı ənənəsini davam etdirir.Bizim öhdəmizə düşən odur ki insanların – onların himayəsində olan heyvanlara münasibətini yaxşılaşdıraq.Buna görə də biz heyvanlar üçün yüksək keyfiyyətli rasionlar - Prescription Diet™ və Science Plan™ yaradırıq.Biz həmdə ev heyvanlarının xeyrinə işlər görürük və veterinar mütəxəsisləri olaraq ev heyvanları üçün evlərin olmasını dəstəkləyirik.Biz əlimizdən gələni edirik ki, bütün dünyada ev heyvanlarının və onların sahiblərinin həyatını yaxşılaşdıraq.

Pro Pac itlər üçün nəzərdə tutulan yemlər 1985-ci ildən  ABŞ-ın Midwestern Pet Foods şirkəti tərəfindən istehsal olunur. Midwestern Pet Foods müasir yem sənayesinin liderlərindən hesab olunur. Şirkət şəxsi laboratoriya və ABŞ-da iki istehsal bazasına malikdir. Pro Pac itlər üçün 10 çeşiddə yem istehsal edir. Bu yemlər küçüklər və böyük itlər, yaşlı və azhərəkətli, kök, allergiyaya meylli itlər üçün nəzərdə tutulub.

Pro Pac unikal tərkibinə görə superpremium yem hesab olunur. İtlər üçün Pro Pac yemləri lazımi vitamin, mineral, yağ turşuları olan Omega-3 və Omega-6 ilə zənginləşdirilib. Bundan başqa, Pro Pac yemlərin istehsalında konservantlar, kimyəvi rəngləyicilər, soya və sümük məhsulları kimi zərərli məhsullardan istifadə olunmur.

Ev sevimlilərinizin nə ilə qidalanması onların birbaşa sağlamlığına təsir edir, məhz buna görə də onlar üçün düzgün yemin seçilməsi çox vacibdir. Həm dad baxımından, həm də sağlamlıq baxımından SPORTMiX Pet Foods ev heyvanının qidaya olan tələbatını tam ödəyir. SPORTMiX Pet Foods yemlərinin tərkibində olan zülal, yağ, vitamin və mineralların xüsusi balansı ev heyvanlarının dəri, tük örtüyü, əzələ və sümüklərinin tam sağlam inkişafını təmin edir.

Yarım əsr əvvəl yaradılan Tetra şirkəti hazırda akvariumistika sahəsinin liderlərindən sayılır. Şirkətin yaranmasına əsas səbəb XX əsrin ortalarında balıqlar üçün hazır yemin olmaması idi və beləliklə, Tetra’nın vitaminləşdirilmiş ilk balıq yemi  “Tetramin” ərsəyə gəlir. Bugün isə tək Tetramin ancaq Almaniyada 3 milyon insanın balıqları üçün istifadə etdiyi yemdir.  Şirkət hazırda bütün növ balıqlar üçün yemlər, akvariumlar üçün lazımi avadanlıqlar, dərmanlar və bitkilərə qulluq üçün vasitələr istehsal edir.

Şirkətin 90-dan çox ölkədə nümayəndəliyi və 800-dən çox əməkdaşı var. Tetra həm də özünəməxsus şüari ilə də fərqlənir:  “Su altında öndə gedən”.  

Polşanın P.W. «HOBBY» şirkətinin məhsulu olan “Vitapol” yemləri dünyanın 50-dən çox ölkəsində tanınır. 1992-ci ildən istehsalına başlanılan “Vitapol” yemləri dünya bazarında artıq özünü təsdiqləmiş bir markadır. “Vitapol” yemləri son elmi innovasiyalara əsasən hazırlanır və tərkibində ev heyvanları üçün lazımlı bütün komponentlər, aromatik bitkilər və digər unikal bioloji əlavələr var. Vitapol hazırda 450 adda məhsul istehsal edir ki, onlardan tək 60-ı dünyada məşhur olan “Smakers” çubuqlarıdır. Şirkət həmçinin, iri tutuquşular üçün dünyada ən böyük “Smakers” çubuqlarını istehsal edir.

8in1  ABŞ-ın ev heyvanları üçün yem istehsal edən ilk ən böyük şirkətidir. İlk məhsulu sarıbülbal üçün hazırlanan və 8 inqridientdən ibarət olan “8in1 nəğmə” yemi olub. Hazırda isə şirkət məhsulları arasında bütün ev heyvanları üçün yemlər var.  Şirkətin məhsulları arasında tək yemlər deyil, ev heyvanları üçün şampun, sprey kimi gigiyenik vasitələr, dietik əlavələr, sayəhət üçün vasitələr və digər maraql məhsullar var. 

8in1 yemlərinin əsasını orijinal reseptə əsaslanan 8 dənli bitki növü təşkil edir və  8in1 artıq dünyada ev heyvanları və onların sahiblərinin tam tələbatını ödəyən etibarlı bir brenddir.   

On ildən çox ev heyvanlarının qrumer ustası (ev heyvanlarını saç kəsimi ilə məşğul olan) çalışan Endji Porter itlərdə tük tökülməsinin qarşısını alacaq keyfiyyətli bir alət tapmağa çalışırdı. Lakin əlində olan bütün imkanlardan istifadə etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilmir və bu aləti özü həyat yoldaşı ilə birlikdə hazırlamağa qərar verir. Birlikdə onlar ilk və yeganə, heyvanların ölmüş tük örtüyünün effektiv və təhlüksiz şəkildə təmizləməyə imkan verən FURminator alətini ərsəyə gətirirlər. Hazırda FURminator bu bazarda tanınan, tələb olunan və sevimli bir alətə çevrilib. FURminator öz istehsal sahəsini genişləndirərək, qruminq alətlər, tük örtüyü üçün qulluq və gigiyena vasitələri də istehsal edir. FURminator məhsulları çox keyfiyyətli xammaldan hazırlanır və artıq dünyanın hər yerində bu məhsulları əldə etmək mümkündür. FURminator alətləri sayəsində tük örtüyünün təmizlənməsi ev heyvanları üçün həzzverici bir prosesə çevrilib.
1974-cü ildə Almaniyada yaradılmış TRIXIE şirkəti bazarın liderlərindən sayılır və məhsulları dünyanın 60-dan çox ölkəsinə ixrac olunur. Şirkətin belə bir inkişaf səviyyəsinə gəlməsinə ən əsas səbəblərdən biri şirkət əməkdaşlarının ev heyvanlarına olan böyük sevgi və marağıdır. Artıq 40 ildir ki, ev heyvanları Trixie şirkətinin diqqət mərkəzindədir. Daim yenilənən məhsullar, ən yeni texnologiyalar, yüksək stimullu əməkdaşlar, xidmət, məhsulların müştərilərin tələbatına uyğun vaxtında çatdırılması və s. şirkəti daim zirvədə saxlayır. TRIXIE məhsullarının bir çox seriyaları elə şirkətin öz ekspertləri tərəfindən yoxlanılır və testdən keçirilir. Şirkət üçün priotet yüksək standartlara cavab verən keyfiyyət və müştəri tələbatının ödənilməsidir.

Guangdong BOYU Aquarium Industries Çinin Hİ-Tec şirkəti olub, akvarium və akvarium avadanlıqları, göl-hovuz nasoslarının işlənməsi və istehsalı ilə məşğuldur. Dünyaca tanınmış marka olan BOYU bir neçə böyük mükafata layiq görülüb. Bunlardan “Guangdong Famous Brand", "Guangdong Top Brand Product", "China Famous Brand"  kimi mükafatları göstərmək olar. BOYU’nun yüksək keyfiyyətli istehsal bazası 100 000 kv metrdən böyük ərazidə yerləşir. Şirkət ən öndə gedən istehsal texnologiyaları ilə təchiz olunub və özünün layihə-araşdırma bazası mövcuddur. İstehsalda professional təlim keçmiş işçilər çalışır. BOYU "Guangdong Aquatic Equipment Industry Base"’in    əsas şirkətidir və 80-dən çox ölkədə satılan 3000 adda məhsul istehsal edir.